MENYU
REZERVASİYA ET

Çinar Xankəndi oteli haqqında / xidmətlər və rahatlıq

About hotel image

🍁 Çinar Otel Xankəndiyə xoş gəlmisiniz!

Bizi seçdiyiniz üçün təşəkkür edirik.
Sizə otelimiz haqqında qısa məlumat vermək istərdim.

Chinar Hotel Khankendi, Xankəndi şəhərinin mərkəzində yerləşir və şəhərin əsas nöqtələrinə olduqca yaxın mövqedədir. Bu səbəbdən həm iş səfərləri, həm də istirahət məqsədli qonaqlamalar üçün ideal seçimdir.

Otel və apartament bir arada olmaqla 6 fərqli otaq tipimiz mövcuddur: Standard Double, Standard Twin, Deluxe Double, Deluxe Triple, Junior Suite və Family Suite.

Otelimiz 3 mərtəbəlidir və hər mərtəbədə 8 otaq yerləşir. Apartament hissəmiz isə A və B olmaqla 2 blokdan ibarətdir; hər biri 2 mərtəbəlidir və hər mərtəbədə 4 otaq mövcuddur.

Ümumilikdə 40 otaqla təxminən 150 qonaq qəbul etmə imkanımız var. Qonaqlarımızın rahatlığı üçün restoran və camaşırxana xidmətlərimiz də mövcuddur.

Ailənizlə birlikdə xoş istirahət edərək dəyərli xatirələrinizi Çınar Oteldə yaşaya bilərsiniz.

Yaşayış qaydaları

Qonaqlarımıza son dərəcə təmiz, təhlükəsiz və mehriban bir otel təcrübəsi təqdim etməyə çalışırıq. Bu otel qaydaları qonaqlarımız üçün təhlükəsiz və xoş bir qalma təmin etmək, həmçinin Çinar Otel Xankəndi ilə qonaqlar arasında qarşılıqlı anlaşmanı təmin etmək məqsədilə təqdim olunur.

Giriş saatı 14:00
Çıxış saatı 12:00
Rezervasiyanın ləğvi

Onlayn edilən rezervasiyalar, gəlişdən 24 saat əvvəl ləğv edildiyi təqdirdə, təsdiq e-poçtunda yerləşən “Cancel booking” keçidi vasitəsilə ödənişsiz ləğv edilə bilər.

Qaydalar və şərtlər

Onlayn edilən rezervasiyalar, gəlişdən 24 saat əvvəl ləğv edildiyi təqdirdə, təsdiq e-poçtunda yerləşən “Cancel booking” keçidi vasitəsilə ödənişsiz ləğv edilə bilər.