Çinar Otel Xankəndi
🍁 Çinar Otel Xankəndiyə xoş gəlmisiniz!
Bizi seçdiyiniz üçün təşəkkür edirik.
Sizə otelimiz haqqında qısa məlumat vermək istərdim.
Chinar Hotel Khankendi, Xankəndi şəhərinin mərkəzində yerləşir və şəhərin əsas nöqtələrinə olduqca yaxın mövqedədir. Bu səbəbdən həm iş səfərləri, həm də istirahət məqsədli qonaqlamalar üçün ideal seçimdir.
Otel və apartament bir arada olmaqla 6 fərqli otaq tipimiz mövcuddur: Standard Double, Standard Twin, Deluxe Double, Deluxe Triple, Junior Suite və Family Suite.
Otelimiz 3 mərtəbəlidir və hər mərtəbədə 8 otaq yerləşir. Apartament hissəmiz isə A və B olmaqla 2 blokdan ibarətdir; hər biri 2 mərtəbəlidir və hər mərtəbədə 4 otaq mövcuddur.
Ümumilikdə 40 otaqla təxminən 150 qonaq qəbul etmə imkanımız var. Qonaqlarımızın rahatlığı üçün restoran və camaşırxana xidmətlərimiz də mövcuddur.
Ailənizlə birlikdə xoş istirahət edərək dəyərli xatirələrinizi Çınar Oteldə yaşaya bilərsiniz.
















